waplog

Dərmanlar kosmosda Yerdəkindən daha çox müddətə saxlanılır


Kosmik şərait Beynəlxalq Kosmik Stansiyada (BKS) saxlanılan dərmanlara müsbət təsir göstərir. Xüsusilə dərmanlar öz təsir gücünü müəyyən edilmiş müddətdən daha çox saxlayır. Bu, ABŞ alimləri tərəfindən müəyyənləşdirilib.

Bildirilir ki, BKS-də çalışan kosmonavtlar bütün zəruri ləvazimatlarla, o cümlədən dərmanlarla təmin edilir. Dərmanların qablaşdırılması üzərində göstərilən istifadə müddəti başa çatdıqdan sonra onlar Yerə qaytarılır. Məlumdur ki, planetdə dərmanlar vaxt ötdükcə işıq, oksigen və rütubətin təsirindən korlanır. BKS-də kosmonavtlar üçün optimal şəraitin olmasına baxmayaraq dərmanlara mühitin xüsusiyyətləri (mikroqravitasiya və daimi radiasiya) təsir göstərir.

Sınaq zamanı Beylor tibb kollecinin mütəxəssislər qrupu BKS-də 550 gün olduqdan sonra Yerə qaytarılan doqquz dərmanı tədqiq edib. Dərmanlar arasında ağrıkəsicilər, yuxusuzluq, allergiya, diarreyaya qarşı vasitələr, eləcə də diqqət və konsentrasiya üçün preparatlar olub. Dərmanlar Yerə gətirildikdən sonra 3-5 ay ərzində nəzarət altında saxlanılıb.

Laboratoriya analizinin nəticələrinə görə, doqquz dərmandan biri istifadə müddəti başa çatdıqdan beş ay sonra öz təsirini saxlayıb, istifadə müddəti səkkiz ayı ötən dörd dərman effektiv olub. Dərmanların üçü istifadə müddəti başa çatmazdan üç ay əvvəl sınaqdan keçirilərək yoxlanılıb. Öz təsirini itirən yeganə dərman istifadə müddəti 11 ay əvvəl başa çatan yuxusuzluq əleyhinə olan vasitə olub.

Tədqiqatçılar ümid edirlər ki, onların əldə etdikləri məlumatlar vəzifəsi uzaq ekspedisiyalara, məsələn, Marsa göndərilən kosmonavtları effektiv dərman vasitələri ilə təmin etmək olan tibb işçiləri tərəfindən nəzərə alınacaq, - “Vokruq Sveta”  yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL