waplog

Mobil qurğularla gediş haqlarının ödənilməsi sistemi təkmilləşdirilir


“Azercell Telekom” şirkəti nəqliyyatda gediş haqlarının mobil qurğular vasitəsilə ödənilməsi sistemini təkmilləşdirmək niyyətindədir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azercell”in mövcud olan mobil qurğulardan metropolitendə gediş haqqının ödənilməsi sistemi bu gün çox az istifadə edilir.
 
“Bununla bağlı biz bu sistemin işini təkmilləşdirmək niyyətindəyik və abunəçilərimizin marağını artırmağı planlaşdırırıq. Mobil qurğular vasitəsilə metropolitenlə yanaşı, digər nəqliyyat vasitələrində də gediş haqqının ödənilməsi istisna edilmir. Hazırda biz bu layihənin canlandırılması üzərində iş aparırıq”, - deyə şirkətdən bildiriblər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL