waplog

«LG» şirkəti dünyanın ən böyük «OLED» panelini yaradıb


Cənubi Koreyanın «LG Electronics» şirkəti orqanik işıq diodları («OLED») texnologiyası əsasında hazırlanmış ən böyük ekranların yaradılması haqda məlumat verib. İki nəhəng panel Seuldan 70 km məsafədə yerləşən beynəlxalq İnçhon aeroportunda quraşdırılıb.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «3dnews.ru» saytına istinadən yazır ki, hər bir panel 55 düym diaqonala malik 140 ədəd bükük «OLED» ekrandan ibarətdir. Beləliklə, panelin hündürlüyü 13 metr, eni isə 8 metr təşkil edir.
 
 
 
«OLED» texnologiyası ilə hazırlanmış ekranlara işıqlandırıcı lazım deyil, çünki orqanik işıq diodları işıq saçır. «LG» şirkətinin nümayəndəsi bildirib ki, buna görə panellərin çəkisi nisbətən yüngül olub.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL