waplog

Şotlandiya ucuz qrafen istehsal edəcək


Şotlandiyanın Qlazqo Universitetinin alimləri qrafenin innovativ sənaye istehsalı texnologiyasını hazırlayıblar.

Texnologiya mikroelektronika komponentlərində istifadə olunan materialın maya dəyərini 100 dəfə azaltmağa imkan verir. İndiyədək qrafen qrafit kristallarının qazaoxşar mərhələdən xüsusi plastinə çökdürülməsi üsulu ilə istehsal olunub.
 
Məhz bu altlıq hazır məhsulun dəyərini müəyyən edib, çünki texnologiya onun təmiz misdən hazırlanaraq sonradan mexaniki emal və hamarlanmasını tələb edib. Şotlandiya alimləri sübut ediblər ki, bahalı mis plastini xeyli ucuzlaşdırmaq mümkündür. Onlar aparılan eksperimentlərdə qrafenin alınması üçün elektrotexnikada geniş tətbiq edilən elektrik akkumulyatorlarının plastin naqillərindən istifadə ediblər.
 
Fiziklərin qiymətləndirməsinə görə, hazırda tətbiq edilən plastinin dəyəri 1 kvadratmetr üçün 115 dollar təşkil edir. Onlar isə təcrübələrdə 1 kv.m üçün 1 dollar qiymətinə alınan tam analoji altlıqdan istifadə ediblər. Beləliklə, bu, təkcə materialda misin emal xərcləri nəzərə alınmadan 100 dollara qənaətə imkan verir.
 
Qeyd edək ki, qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır, - “TOPSPBTV yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL