waplog

“Azərfon” Qafqaz Universitetinin 25 tələbəsini mükafatlandırıb


“Azərfon” Bilik Günü münasibətilə Qafqaz Universitetinin ən yüksək bal toplayan 25 tələbəsinə qiymətli hədiyyələr təqdim etdi

Sentyabrın 15-də “Azərfon” şirkəti Qafqaz Universitetinin yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbirdə iştirak edib.

Tədbir zamanı “Azərfon” şirkəti Qafqaz Universitetinin müəllim və tələbə heyətini yeni dərs ili münasibətilə təbrik edib, 600-700 balla qəbul olunmuş tələbələri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Tədbirdə çıxış edən “Azərfon”un Korporativ ünsiyyət şöbəsinin rəhbəri Elşad Fərzəliyev şirkətin informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yerli kadr potensialının inkişafına daim dəstək olduğunu bildirib.

“Azərfon” şirkəti olaraq biz təhsil sahəsində ən keyfiyyətli ali məktəb olan və yüksək savadlı məzunları ilə seçilən Qafqaz Universitetini təbrik edirik.

Qafqaz Universitetinə 700 balla qəbul olunmuş 4 Prezident təqaüdçüsü və 600-dən çox bal toplamış daha 21 tələbəni mükafatlandırmaq bizim üçün böyük fəxrdir.

Çox sevindirici haldır ki, ən yüksək bal toplamış bu tələbələrin çoxu kompyuter mühəndisliyi ixtisasını seçiblər və bu da Azərbaycanın gələcəkdə İKT ölkəsinə çevrilməsi üçün böyük potensiala malik olduğunu göstərir” – deyə E.Fərzəliyev qeyd edib.

“Azərfon” nümayəndəsi təhsilin inkişafına, təhsildə mobil texnologiyaların tətbiqinə yönəlik layihələrə dəstəyin şirkətin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

O , buna misal olaraq “Azərfon” tərəfindən istedadlı tələbələr üçün təşkil edilən “İstedad sizdə, imkanlar bizdə” yay təcrübə proqramını qeyd edib.

Yay təcrübə proqramı vasitəsilə 10-dan artıq tələbə “Azərfon” şirkətində 3 ay müddətində texniki biliklərini təcrübədə tətbiq etmək və sonra şirkətdə daimi iş qazanmaq imkanı əldə edirlər.

Tədbirin sonunda ən yüksək bal toplamış 25 tələbəyə “Azərfon” şirkətinin nümayəndəsi tərəfindən “3G” mobil internet imkanı verən “Data kart”ları hədiyyə kimi təqdim edilib.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL