waplog

«Samsung» qabaqcıl xarakteristikalara malik açılıb-bağlanan smartfonunu nümayiş etdirib


«Samsung» şirkəti Çində açılıb-bağlanan formada hazırlanmış və qabaqcıl texniki xarakteristikalara malik «W2016» smartfonunu nümayiş etdirib.
 
«Samsung W2016» smartfonu 768x1280 piksel təsvir ölçülü 3,9 düym diaqonala malik iki eyni «Super AMOLED» ekranı, 2,2 Qhs takt tezliyində işləyən səkkiznüvəli «Exynos 7420» prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaşının tutumu 3 QB, əsas yaddaş isə 64 QB-dır.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «hitech.newsru.com» resursuna istinadən yazır ki, yeni smartfonda əsas kameranın təsvir ölçüsü 16 Mp-dir, ön kamerada isə bu göstərici 5 Mp təşkil edir. Smartfonun daxili batareyası 2000 milliamper/saat tutumuna malikdir. «Samsung W2016» smartfonu «Android 5.1» mobil əməliyyat sistemi ilə işləyir və çəkisi 204 qramdır.
 
 
Qabaqcıl açılıb-bağlanan smartfonun satışa çıxarılma tarixi və dəyəri haqda məlumat verilməyib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL