waplog

Massaçusets Texnoloji İnstitutu maliyyə texnologiyaları fənnini tətbiq edir


Massaçusets Texnoloji İnstitutunda tələbələr maliyyə texnologiyaları sahəsində biliklərini xüsusi kurs keçməklə artıra biləcəklər.
 
Bildirilir ki, yeddihəftəlik kurslarda maliyyə və sahibkarlıq üzrə təhsil alan tələbələr iştirak edəcəklər. Kurslar institutun elektrotexnika və kompüter elmləri fakültəsinin və Harvard Universitetinin hüquq fakültəsinin dəstəyi ilə keçiriləcək.
 
Bu, ABŞ-da məzunlar üçün müasir maliyyə texnologiyaları əsasında biznesin qurulmasına yönələn ilk kursdur.  
 
"Massaçusets Texnoloji İnstitutu maliyyə innovasiyalarında dünyada həmişə birinci olub. Maliyyə texnologiyalarına artan maraq fonunda biz bu tendensiyaya uyğun kurs açmaq qərarına gəldik", - kurs müəllimlərindən biri qeyd edib.
 
Proqram çərçivəsində tələbələr maliyyə texnologiyalarının müxtəlif kateqoriyalarını - istehlak krediti, ödənişlər, ticarət və kriptovalyutaları öyrənəcəklər. Bundan başqa, təlim iştirakçıları öz müəssisələri üçün biznes planları hazırlaya biləcək.
 
Bir müddət əvvəl Massaçusets Texnoloji İnstitutunda "Bitcoin" virtual valyutası üzrə kursların açılması barədə məlumat yayılıb, - "Payspacemagazine" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL