waplog

“Foxconn” şirkətinin Braziliyadakı zavodu “iPad” istehsalına hazırdır


“Foxconn Electronics” (Hon Hai Precision Industry) şirkətinin Braziliyada yerləşən zavodu artıq “Apple iPad” planşetlərinin istehsalına başlamağa hazırdır.

Planşetlərin tədarükləri 2011-ci ilin dekabr ayında başlanmalıdır. Bu barədə informasiyanı “UOL” Braziliya informasiya agentliyinə istinad edərək “DigiTimes” portalı dərc edib.

“Foxconn” şirkəti Braziliyadakı zavod üçün 12 milyon ABŞ dolları investisiya qoyub. Müxtəlif sahənin ekspertləri güman edirdilər ki, “Foxconn” şirkətinin yeni zavodu yalnız 2012-ci ilin birinci rübündə istehsalata başlayacaq.

“Apple” şirkətinin 2012-ci ilin əvvəlinə “iPad”-ın üçüncü versiyasının istehsalına başlayacağını qeyd edəndən sonra planşetlərin “Foxconn” şirkətinin məhz Braziliyadakı fabrikində istehsal ediləcəyi güman edilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL