waplog

Mərkəzi Bank infrastrukturunda milli ödəniş sisteminin təhlükəsizliyini təmin edəcək yeni alətlər tətbiq edir


Azərbaycan Mərkəzi Bankı "Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə mövcud ehtiyat mərkəz infrastrukturunu müasir standartlar əsasında təkmilləşdirəcək.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, gələn il XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə" ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcək.
 
Nağdsız ödənişlərin inkişafı məqsədi ilə "Kart Ödənişləri üzrə Milli Şəbəkə"  yaradılır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək.
 
Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL