waplog

Şok: Dünyada ilk dəfə olaraq Nigeriyada mobil internet stasionar interneti ötüb


“StatCounter” internet statistika servisinin məlumatına əsasən, Nigeriyada mobil internet istifadəçilərinin sayı stasionar internet istifadəçilərinin sayını ötüb. Bu misli görünməmiş hadisə dünyanın heç bir ölkəsində əvvəllər müşahidə olunmayıb.

Mobil internetdən istifadə stasionar istifadəni hələ ki yalnız bazar günlərində ötür (iş günlərində personal kompyuterlərdən istifadə mobil qurğularla müqayisədə üstünlük təşkil edir).

Lakin iş günlərində də mobil istifadəçilərin sayı stasionar internet istifadəçilərinin sayından orta hesabla 10 faiz geri qalır.

Bundan başqa, mobil istifadəçilərin sayının stasionar istifadəçilərin sayı üzərində üstünlük qazanması nəticəsinə Qərbi və Şərqi Afrikanın digər ölkələri də yaxınlaşmaqdadır. Sözügedən yerlərdə mobil istifadəçilərin sayı 25-30 faizə çatıb. İnkişaf etmiş ölkələrdə bu göstərici isə 10 faizə belə çatmır.

Bir qədər əvvəl isə “İDC” analitik şirkəti 2015-ci ilə ABŞ-da mobil internet istifadəçilərinin sayı stasionar internet istifadəçilərinin sayını üstələyəcəyini proqnozlaşdırmışdı və bunu sahə üçün prinsipcə yeni dönüş adlandırmışdı.

http://www.mincom.gov.az

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL