waplog

“Bakutel 2015” sərgi-konfransı çərçivəsində 3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək


Dekabrın 4-də "Bakutel 2015" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində 3-cü "Regional İnternet İdarəçilik Forumu" keçiriləcək.

Tədbiri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisi (BMTİP) birgə təşkil edəcək.

"RİFAZ 2015" - 3-cü "Regional İnternet İdarəçilik Forumu Azərbaycan" adlı tədbir
"İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması" devizi altında ADA Universitetində keçiriləcək.

Forumun əsas məqsədi, İKT-nin regional inkişaf mərkəzi olan Azərbaycanda, yerli və beynəlxalq  İKT mütəxəssislərini bir araya gətirmək və əməkdaşlıq əlaqələrini dərinləşdirmək  imkanı təqdim etməkdir. Bununla yanaşı, forum regionların internet idarəçiliyinə cəlb edilməsi missiyasını daşıyır.
 
Tədbirdə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən olan  hökumət strukturlarının, biznes, elm sahələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri İnternet şəbəkəsinin aktual problemlərini müzakirə edəcəklər.
 
 
Azərbaycan regional İnternet İdarəçilik Forumu keçirən ölkələrin ailəsinə 2013-cü ildə qoşulub. Həmin ilin 3-5 dekabr tarixlərində Bakıda "İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi" mövzusunda Birinci Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.
 
Qeyd edək ki, Azərbaycanda bu sahəyə maraq 6-9 noyabr 2012-ci ildə Bakıda keçirilmiş beynəlxalq "İnsan, İqtisadiyyat və Sosial Məsələlər üzrə Davamlı İnkişaf üçün İnternet idarəçiliyi" mövzusunda VII İnternet İdarəçilik Forumundan sonra daha da artıb.
 
 Bu tədbirə qədər  ölkəmiz  2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya),  2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2010-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Kenyanın paytaxtı Nayrobidə təşkil edilmiş forumlarda yaxından iştirak etmiş, təcrübə mübadiləsi aparılmış və nailiyyətlərimiz nümayiş etdirilmişdi.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL