waplog

Dünyanın ən innovativ şirkətləri məlum olub


Maliyyə xidmətləri sahəsində aparıcı beynəlxalq «Boston Consulting Group» («BCG») şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 50 aparıcı innovator reytinqində texnoloji və telekommunikasiya şirkətləri əvvəlki kimi liderdirlər.
 
Belə ki, «Apple» növbəti dəfə ən innovativ şirkət adına layiq görülüb. Korporasiya 2005-ci ildən etibarən bu adı qoruyub saxlayır. «Google» 2006-cı ildən etibarən sözügedən reytinqdə ikinci pillədə qərarlaşıb və bu cari ildə də dəyişməz olaraq qalıb.
 
 «Tesla Motors» elektrik avtomobilləri istehsalçısı üçüncü pilləyə sahiblənib. Müqayisə üçün, 2014-cü ildə adıçəkilən şirkət 7-ci pillədə qərarlaşmışdı. «Microsoft» və «Samsung» şirkətləri müvafiq olaraq dördüncü və beşinci pillələri tutublar.
 
«ICTnews.az» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, «BCG» şirkəti 2005-ci ildən etibarən müxtəlif ölkələrdən olan şirkətlərin nümayəndələri arasında sorğu keçirməklə öz reytinqini tərtib edir.
 
 
Ən innovativ şirkətlərin son reytinqində «Amazon» (9-cu yer), «IBM» (13), «Yahoo!» (16), «HP» (23), «Facebook» (28), «Cisco» (31), «Hitachi» (38), «3M» (40), «NEC» (41), «Huawei» (45), «Salesforce.com» (49), «Lenovo» (50) kimi İT şirkətləri yer alıb.
 
50 aparıcı innovator reytinqdə yer almış şirkətlərin 50 faizindən çoxu (29) ABŞ-ı, 11-i Avropanı, 10-u isə Asiyanı təmsil edir.
 
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL