waplog

Elektron xidmət vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidməti telefon xətti çəkdirmək istəyən vətəndaşların işini asanlaşdırıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, indiyədək “Elektron hökumət” portalı (e-gov.az) üzərindən “Yeni telefon çəkilişi” xidmətindən 7294 dəfə istifadə olunub.
 
Bu xidmət hazırda Bakı şəhəri (BTRİB-in əhatə dairəsi) üçün aktivdir.
 
Vətəndaşlar  “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta  istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir.
 
Telefon çəkilişi tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.
 
Xatırladaq ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL