waplog

Koreya rəsmisi: “Azərbaycanda İKT layihələri həyata keçirməyə maraqlıyıq”


Koreya Azərbaycanda qeyri-neft sektorunun inkişafı və infrastrukturun modernləşdirilməsində, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da artırılmasında maraqlıdır.
 
Bu barədə Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hong-kyu xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə bildirib.
 
Kim Hong-kyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində ölkədə bərqərar olmuş sabitliyin iqtisadi inkişafa münbit zəmin yaratdığını, İKT infrastrukturunun genişləndiyini vurğulayaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin son on ildə on dəfə artdığını diqqətə çatdırıb.
 
Koreyanın Azərbaycanda bir sıra İKT layihələri icra etməsinə toxunan Kim Hong-kyu ikitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
 
 
Nazir müavini X.Xələfov Azərbaycanın Koreya ilə siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu, bu səpkidə səfərlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirə edilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlıq sahələri üzrə təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı olduğunu bildirib.
 
 
İkitərəfli iqtisadi əlaqələrə toxunan nazir müavini Koreya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşunun artırılmasında, eləcə də müxtəlif layihələrə yaxından cəlb olunmasında maraqlı olduğumuzu söyləyib.
 
 
Nəqliyyat-kommunikasiya, informasiya texnologiyaları, dəniz daşımaları kimi məsələlərin hazırda gündəmin prioritet məsələlərindən biri olduğunu qeyd edən Xələf Xələfov bu xüsusda Azərbaycanın mövcud potensialından bəhs edib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL