waplog

15 gün müddətində avtonom işləyən smartfon hazırlanıb


Çinin «Oukitel» şirkəti 10000 milliamper/saat tutumunda akkumulyator batareyasına malik smartfon təqdim edib. İstehsalçının məlumatına görə, aparat 15 gün avtonom işləyir və tam enerji yığmasına 3.5 saat vaxt sərf olunur.
 
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, smartfon 1280x720 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1 QHs takt tezlikli dördnüvəli «MediaTek MT6735» prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz olunub.
 
 
Bundan başqa, aparatda «SIM» kartlar üçün iki slot qurulub, «LTE» texnologiyası dəstəklənir və «Android 5.1 Lollipop» mobil əməliyyat sistemi ilə işləyir. 9 mm qalınlığında korpusa malik fabletin çəkisi 184 qram təşkil edir.
 
 
Smartfonun pərakəndə satış qiyməti 240 dollar təşkil edəcək və 2 yanvar 2016-cı tarixindən etibarən sifariş edilmiş məhsulların çatdırılmasına başlanılacaq.
 
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL