waplog

Azərbaycana ən çox poçt bağlamaları göndərən ölkələrin adı açıqlandı


Azərbaycanda  ənənəvi poçt bağlamalarının göndərilməsinə maraq artıb. “Azərpoçt” MMC-dən verilən məlumata görə,  bu il daxili bağlamaların sayı 60 min ədəddən yuxarı olub.

Hazırda poçt vasitəsilə 3 növ bağlama göndərmək olur. Bunlar adi, qiyməti bəyan olunan və beynəlxalq bağlamalardır. Milli poçt operatoru  ölkə daxilində ən çox bağlamaların göndərildiyi bölgələrin adını açıqlayıb. Məlum olub ki,  daxili bağlamalar daha çox Naxçıvan Muxtar Respublikasına, Beyləqan, Ağcabədi və Qazax rayonlarına göndərilir.

Ən az bağlama qəbul edən isə  Yardımlı, Siyəzən və digər  dağ rayonlarıdır.
 
Bakıya isə daha çox Xaçmaz, Şəmkir və Gəncədən poçt bağlamaları ünvanlanır.
Xarici ölkələr arasında Azərbaycana ən çox bağlamalar Türkiyə, İsrail və Rusiyadan daxil olur.
Qeyd edək ki, ölkədə poçtdaşımalarını həm dövlət, həm də özəl poçt müəssisələri  həyata keçirir.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL