waplog

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq


Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibliyindən məlumat verilib.
 
Katiblikdən qeyd edilib ki, agentliyin sədri Akim Bədəlov Azərbaycan və Almaniya arasında alternativ və bərpa olunan enerji  sahəsi üzrə təcrübə mübadiləsi, layihələndirmə və tikinti, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə Almaniyanın Berlin, Drezden və Münhen şəhərlərinə işgüzar səfərdədir. 
 
Səfər çərçivəsində Almaniyanın qabaqcıl şirkətləri ilə baş tutmuş görüşlər zamanı yaxın gələcəkdə inşası nəzərdə tutulan eko-şəhərciklərdə yaşayış və inzibati binaların dam örtükləri Azərbaycanın “Azgüntex” Günəş Panelləri zavodunun məhsullarının istifadəsi barədə razılıq əldə olunub.
 
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Azgüntex” Günəş Panelləri zavodu Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılıb, 50 mvt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.
 
Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir.
 
 
Seymur Qasımbəyli 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL