waplog

“Elektron Səhiyyə” internet portalı yeni konsepsiya ilə istifadəyə verilib


Azərbaycan Səhiyyə Nazirliyinin 2008-ci ildən etibarən fəaliyyət göstərən “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük “e-Səhiyyə” istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlib.
 
Portala 33 elektron xidmət daxildir ki, onların 4-ü qeydiyyatsız istifadəçilər üçün nəzərdə tutulub. Bura tibb müəssisələri, dərman preparatları haqda məlumatlar, immunoprofilaktika və xəstəliklərin beynəlxalq təsnifatı daxildir.
 
Eyni zamanda, portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiyalar, dünya səhiyyə və tibb elmində baş verən yeniliklər barədə geniş məlumatlar verilir.
 
Məlumat üçün qeyd edək ki, 2015-ci il ərzində internet portal vasitəsi ilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox vətəndaş istifadə edib. Cari ildə müraciətlərin sayı 2014-cü il ilə müqayisədə 2 dəfədən çox artıb.
 
Aynur Vəliyeva


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL