“Bakcell” şirkəti jurnalistlərin İKT sahəsində maarifləndirilməsinə dair seminar keçirib
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti 18-20 dekabr tarixində Şabranda jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş" mövzusunda seminar keçirib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, seminar çərçivəsində şirkətin müxtəlif departamentlərinin nümayəndələrinin iştirakı ilə "Mobil videoməzmun", "Loyallıq proqramı nədir?", "Əşyaların interneti (M2M)" mövzularında məruzələr təqdim edilib, yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsı ilə bağlı müzakirələr aparılıb.
Seminar çərçivəsində 2018-ci ilədək mobil rabitə bazarında əlavə dəyər xidmətlərindən əldə edilən gəlirlərin artacağı bildirilib. Eyni zamanda qeyd edilib ki, 2018-ci ilədək mesaj xidmətləri gəlirlərinin azalması fonunda, mobil internetdən əldə edilən gəlirlər artacaq.
"Bakcell" şirkətinin baş müştəri xidmətləri direktoru Selda Korkmaz Bostancıoğlu bildirib ki, hazırda Azərbaycanda əhalinin 7,4 milyonu internet, 7 milyonu aktiv mobil rabitə, 2,6 milyonu sosial media istifadəçisidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL