waplog

Dünyanın ilk saytının yaradılmasından 25 il ötüb


20 dekabr 1990-cı il tarixində istifadəyə verilmiş ilk veb saytın yaradılmasından 25 il ötüb.
 
İlk öncə geniş kütlə üçün əlçatan olmayan resursun ilk ziyarətçiləri Avropa Nüvə Tədqiqatları Təşkilatının (“CERN”) əməkdaşları olub. Bu sayt alim Tim Berners-Li tərəfindən hazırlanıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, britaniyalı alim 12 noyabr 1990-cı il tarixində “WWW” layihəsini təqdim edib. O,  “WWW” konsepsiyasından başqa, “Ümumdünya Hörümçək Toru”nun əsaslarını təşkil edən “URL” identifikatoru, “HTTP” protokolu və “HTML” dilinin hazırlanmasında da  iştirak edib. İndi alimin hədəfi internetdə senzuranın tətbiqini qadağan etməkdir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL