waplog

Yüksək Texnologiyalar Parkında “Kod Akademiya”nın növbəti mərhələsi başlayır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında ("YT Park") reallaşan "Kod Akademiya" ("Code Academy") layihəsinin növbəti mərhələsinə start verilir.
 
 
 "Gələcəyi kodla" adı altında yanvarın 18-dən başlayan tədris proqramı 11 aprel tarixinə qədər davam edəcək.
 
 
Layihənin əsas məqsədi başlanğıc səviyyədə olan proqramçıları qeyd olunan müddətdə "Web Developer" kimi inkişaf etdirmək və işə qəbul olunacaq səviyyəyə çatdırmaqdır.
 
 
12 həftə ərzində 240 saatlıq dərs saatı və 240 saat laboratoriya işi olmaqla, iştirakçılara intensiv tədris və real iş şəraiti yaradılacaq.
 
 
 Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, "HTML5 & CSS3", "JavaScript" əsasları, "PHP&MySQL"  bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris olunur.
 
 
Həmçinin tələbələrə fərdi inkişaf təlimləri və karyera planlaşdırması ilə bağlı köməklik göstərilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL