waplog

“Samsung” “Apple”-ın hələ təqdim edilməmiş smartfonlarının satışını qadağan etmək istəyir


“Samsung Electronics” şirkəti “Apple”-a qarşı güclü hüquqi hücum planlaşdırır, o, Cənubi Koreya ərazisində hələ təqdim edilməmiş “iPhone 5” smartfonlarını qadağan etmək üçün bacardığı hər şeyi etməyə söz verib.

"iPhone 5” smartfonunun çıxışından dərhal sonra “Samsung” şirkəti simsiz texnologiyalarla bağlı patentlərin pozulması ittihamı ilə “Apple”-a qarşı məhkəməyə müraciət etmək niyyətindədir" - Bu barədə “Korea Times” nəşrinə öz adının anonim qalmasını istəyən “Samsung”un yüksək vəzifəli əməkdaşı bildirib.

Onun sözlərinə görə, “iOS” qurğuların satışları “Samsung” texnologiyalarından istifadəsiz o qədər uğurlu ola bilməzdi.

“Samsung” rəhbərliyi, rəqib üzərində qələbə çalacağına əmindir. " Əgər biz Almaniyada müvəffəqiyyət qazanmağı bacarsaq, bu, bizə “iPhone 5” kimi məhsullarla mübarizə üçün yaxşı kömək olacaq" - Cənubi Koreya nəhənginin nümayəndəsi bu qənaətdədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL