waplog

Robotlar yaddaşa malik süni dəri ilə təchiz ediləcək


Bəşəriyyət artıq çoxdan avtomatlaşdırılmış əllərdən istifadə edir; bu gün belə əllər bir çox müxtəlif əşyaları tutmaq bacarığına malikdir. Ancaq robota zərif toxunuşu öyrətmək çox mürəkkəbdir. Avtomatlaşdırılmış əl müxtəlif əşyalar içərisindən konkret birini seçərkən çətinlik çəkir.

"ICTnews" Elektron Xəbər Xidməti  "hi-news.ru" saytına istinadən yazır ki, Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetində çalışan alimlər tərəfindən hazırlanmış yeni həll nəticəsində robotlar əşyalara toxunduqdan sonra informasiyanı yadda saxlayırlar. Bu, elastik süni dəriyə qurulmuş sensorlar sayəsində mümkün olub. Çox nazik yaddaş qurğusu informasiyanı bir həftə ərzində yadda saxlaya bilir.

Süni dəri sayəsində robot əvvəl toxunduğu əşyanı "tanıyaraq" müvafiq toxunuş tətbiq edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL