waplog

Ötən il elektron imza vasitəsilə imzalama tranzaksiyası 4 milyondan artıq olub


"Elektron imza" kartlarından istifadə edənlərin sayı hər ötən gün artmaqdadır. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən il dövlət qurumları üzrə 47532, fiziki şəxslər üzrə 15832,hüquqi şəxslər üzrə isə 13820 elektron imza sertifikatı istifadəyə verilib.
 

Həmin müddət ərzində dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyaların sayı 3 160 353, hüquqi və fiziki şəxslər tərəfindən imzalama tranzaksiyaların sayı 906 334 olub. Ümumilikdə, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza ilə imzalanıb.
 

"Elektrom imza", həmçinin, "Elektron hökumət" portalının autentifikasiya vasitələrindəndir. Ötən il e-imza kartları vasitəsilə portala 4 milyondan artıq autentifikasiya qeydə alınıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL