waplog

Daha sürətlə əməliyyat yerinə yetirə bilən superkompüter yaradılır


Daha sürətlə əməliyyat yerinə yetirə bilən superkompüter yaradılır 2016-cı ildə Çin 1000 petaflops (saniyədə 1 kvadrillion əməliyyat) məhsuldarlığa malik yeni superkompüter yaratmağı planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Milli Superkompüter Mərkəzinin rəhbəri Lyu Quanmin deyib ki, dünyanın ən güclü super kompüterlərindən biri sayılan "Tyanhe-1" tam yüklənmə ilə işləməyə başladığından yeni nəsil superkompüterin yaradılmasına zərurət yaranıb.

Lyu Quanmin bildirib ki, yeni superkompüter nəsli yalnız Çinin öz gücü hesabına yaradılacaq.

Qeyd edək ki, “TOP-500” reytinqinə əsasən, indi dünyada ən sürətli superkompüter Çində yaradılmış “Tianhe-2 (MilkyWay-2)” sistemidir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL