waplog

Gələcəkdə qurğular öz sahiblərinin fikirlərini oxuya biləcək


Yaxın gələcəkdə mobil qurğular öz sahiblərinin fikirlərini oxuya biləcək. Ekspertlərin proqnozları özünü doğrultsa, 2030-cu ildə smartfon, planşet və kompüterlər insanların nə barədə düşünməsini öyrənmək üçün onların beyin fəaliyyətini təhlil edəcək.
 
 "ICTnews" "dni24.com" resursuna istinadən yazır ki, ilkin vaxtlarda bu texnologiyadan təhlükəsizlik kodu kimi istifadə edilməsi nəzərdə tutulur.
 
Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun Texnoloji Şurası nümayəndələrinin fikrincə, qurğu sahiblərinə hakerlərin onların gizli fikirlərini öyrənə biləcəyi barədə xəbərdarlıq edilməlidir. 
 
Dyuk Universitetinin hüquq və fəlsəfə professoru Nita Faraani məruzəsində insanların beyin fəaliyyətini, fikrini, psixi vəziyyətini qeyd edən, həmçinin informasiyanın kompüter və ya planşetə ötürülərək internetdə dərc edilən müxtəlif qurğulara qoşulduğu yaxın gələcəyi təsvir edib.
 
O, həmçinin xatırladıb ki, cinayətkarlar belə məlumatları ələ keçirə və onlardan yararlana bilərlər.
 
"Biz hazırda insanların beyninə qanunsuz müdaxilə halları üçün hüquqi bazaya malik deyilik. Bundan başqa, perspektivdə insanlara robot yardımçılar lazım ola bilər", - deyə professor vurğulayıb.

Nizam Nuriyev

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL