waplog

Daxili teplovizorla təchiz edilmiş ilk smartfon nümayiş etdirilib


“Bullitt” şirkəti dünyada daxili teplovizora malik ilk smartfon təqdim edib.

Məlumat üçün bildirək ki, teplovizor – bu, görünməyən infraqırmızı şüa buraxan obyektlərin görünən təsvirinin əldə olunması üçün nəzərdə tutulmuş optik-elektron sistemdir. Sözügedən qurğu əksər hallarda gecə görmə cihazı kimi və ya obyektin temperaturunun ölçülməsində  istifadə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “S60” modeli “Cat” brendi altında istehsal edilən cihazların istehsal xəttinə daxildir. “FLIR Systems” şirkəti qurğu üçün teplovizor modulunu tədarük edir.

Smartfon termik üsulla təsviri real vaxt rejimində 640x480 piksel təsvir ölçüsündə ekranda göstərir. Görüntünü həm şəkil, həm də video formasında saxlamaq olar.

“Cat S60” qurğusu xilasetmə əməliyyatlarında istifadə üçün (məsələn, güclü duman şəraitində insanları axtarmaq üçün) nəzərdə tutulub.

Bundan başqa, cihaz 1.8 metr hündürlükdən düşməyə dayanıqlıdır və 5 metrədək dərinliyində suda qala bilir. 2016-cı ildə mayın sonunda “Cat S60” modelinin satışa çıxarılacağı gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL