waplog

Azərbaycanda “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində elektron elmi-intellektual baza yaradılır


Azərbaycanda "Milli Rəqəmsal Yaddaş" layihəsi çərçivəsində elektron elmi-intellektual baza yaradılır.  İndiki zamanda elmin əsas tələblərindən biri kimi Azərbaycan Milli Elmlər Akademiyasında yaradılan baza gələcəkdə elmi irsin daha etibarlı qorunub saxlanılması və müasir dövrün tələblərinə uyğun şəkildə istifadəsinə geniş imkanlar yaradacaq.
 
Akademiyadan bildirilib ki, elektron elmi-intellektual bazanın yaradılması "Milli Rəqəmsal Yaddaş" layihəsi çərçivəsində atılan növbəti addımdır. Belə ki, layihə çərçivəsində elmi tədqiqat işlərinin vahid elektron "Elmi-intellektual baza"sının formalaşdırılması zərurəti olduqca aktualdır. Bu gün AMEA-nın institutlarında elektron resurslar hər bir müəssisənin öz baza sisteminə uyğun saxlanılır.
 
Yeni təklif edilən baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın ikitərəfli şəkildə asan mübadiləsinə imkan verir.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL