waplog

Televizorlarda “Skype” xidmətinin dəstəyi dayandırılacaq


“Microsoft” korporasiyasının rəsmisi texniki dəstək saytında bəyan edib ki, televizorlarda “Skype” internet telefoniya xidmətinin dəstəyi 2016-cı ilin iyunundan dayandırılacaq.

 “ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, nəticədə televizorlarda sözügedən xidmət üçün yeniləmə buraxılmayacaq və artıq hesab yaratmaq mümkün olmayacaq. Televizora qurulmuş “Skype” televizor istehsalçısı bu proqramı silməyənə kimi işləyəcək.

Xatırladaq ki, 2010-cu ildən “Skype” xidməti müxtəlif istehsalçılara məxsus televizorlarda dəstəklənir. Amma illər sonra istifadəçilərin əksəriyyəti mobil qurğu və ya kompüterlərində “Skype” xidmətindən istifadə edirlər. Nəticədə proqram nəhəngi diqqəti mobil bazara yönəltmək istəyir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL