waplog

Dünyada “4G” şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb


Qlobal Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının ("GSA") məlumatına əsasən, 2015-ci ilin son rübündə dünyada "LTE" dördüncü nəsil (4G) rabitə abunəçilərinin sayı 1 milyardı ötüb.
"ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, "2015-ci il ərzində dünyada 552.2 milyon "LTE" abunəçisi qeydə alınıb" – "GSA" rəsmisi bildirib.

"Bütün dünyada "LTE" rabitə texnologiyası digər mobil rabitə sistemləri ilə müqayisədə daha sürətli inkişaf edir. 2015-ci ilin 4-cü rübündə "LTE" şəbəkəsində təxminən 156 milyon qoşulma qeydə alınıb. Bu, "3G/HSPA" sistemləri ilə müqayisədə 75% çoxdur" – assosiasiya rəsmisi qeyd edib.

2020-ci ildə "LTE" və "LTE-Advanced" şəbəkəsi abunəçilərinin sayının "3G/WCDMA-HSPA" sistemlərinin ümumi qlobal göstəricisini ötəcəyi gözlənilir.

386 milyon abunəçiyə malik Çin ən böyük "LTE" rabitə bazarıdır. Müvafiq göstərici üzrə  Şimali Amerika bazarı (237 milyon abunəçi) ikinci, Avropa bazarı isə üçüncü pillədə qərarlaşıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL