waplog

Avtomobili yerindən tərpətmək qabiliyyətinə malik miniatür robotlar yaradılıb


Qarışqaların bacarığından ilhamlanmış Stenford Universitetində çalışan tədqiqatçılar tərəfindən təqdim edilmiş miniatür robotlar avtomobili yerindən tərpətmək gücünə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, bu miniatür robotlar üzərində işləyən alimlər qarışqaların əməkdaşlıq sahəsində bacarıqlarını araşdırıblar. Belə ki, sözügedən bacarıq sahəsində  həşəratlar olduqca ağır obyektləri daşıya bilirlər.

Alimlər tərəfindən aparılan işin nəticəsi ümumi çəkisi 100 qram təşkil edən 6 robotdan ibarət komandanın yaradılması olub. 1800 kq ağırlığında maşına qoşulmuş bu robotlar onu yerdən tərpətməyə nail olublar.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL