waplog

Akademik Milli Dram Teatrı yeni internet portalını istifadəyə verir


Yaxın vaxtlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni internet səhifəsi istifadəyə veriləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov bildirib ki, teatrın veb-saytı hazırdır və yaxın vaxtlarda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

O, əvvəllər teatrın saytının olduğunu, lakin tələblərə cavab verməməsi səbəbindən fəaliyyətinin dondurulduğunu bildirib.

E. Cəfərov yeni saytın hazır olduğunu, yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcəyini bildirib. Qeyd edək ki, sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL