waplog

Kompüter dodaqdan oxumaq qabiliyyətinə yiyələnib


Şərqi İngiltərə Universitetində çalışan alimlər dodaqdan oxuya bilən maşın təlimi sistemi yaradıblar. Sistem Şanxayda keçirilmiş “ICASSP” konfransında nümayiş etdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, proqramçılar tərəfindən yaradılmış sistem videokameranın köməyi ilə insanın danışığını izləyir.

Alimlər sistemə dodaqdan oxumağı öyrətmək üçün danışığı iki komponentə bölüblər: fonem və onların vizual ekvivalenti olan vizemlər. Əsas çətinlik ondan ibarətdir ki, danışıqda fonemlərdən daha çox istifadə edilir, buna görə alimlər ikisəviyyəli iyerarxik struktur yaradıblar.

Mütəxəssislər sistemin işləmək qabiliyyətini iki model (“dil” və “fonem” modeli) üzərində sınaqdan keçiriblər. Hər iki halda uğur faizi hələ ki çox azdır: sistem sözləri 10-15 faiz, fonemləri isə 25 faizədək dəqiqliklə tanıyır. Alimlərin müşahidəsinə əsasən, bu, əvvəlki nəticələrlə müqayisədə mühüm irəliləyişdir.
Gələcəkdə alimlər bu texnologiyanı təkmilləşdirməyi planlaşdırırlar. Məsələn, sözügedən texnologiya səs yazısı korlandığı halda tətbiq edilə bilər.

Emil Hüseynov 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL