waplog

Avropada rəqəmli pul kisələrinə tələbat artıb


“Aimia” analitik şirkətinin yeni tədqiqatına əsasən, Avropada istehlakçıların rəqəmli pul kisələrinə tələbatı artır. Belə ki, avropalıların 31%-i öz mobil qurğusunda rəqəmli pul kisəsindən istifadə edirlər ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 5% yüksəkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7/com” saytına istinadən yazır ki, İtaliya rəqəmli pul kisəsindən istifadə edənlərin sayına görə liderdir: adıçəkilən ölkədə rəyi soruşulanların 47%-i mobil pul kisəsindən istifadə edir. Növbəti pillədə 35% göstəriciyə malik İspaniya gəlir. Almaniya (19%) və Fransada (22%) rəqəmli pul kisələrinin nüfuzetmə səviyyəsi çox aşağıdır və ötən illə müqayisədə bu göstərici, demək olar, dəyişməyib. Böyük Britaniyada respondentlərin 29%-i rəqəmli pul kisələrinə müsbət fikir bildirib.

“Aimia” şirkətinin sorğusuna əsasən, mobil pul kisələri 65% halda  vauçer, loyallıq kartlarının (63%) saxlanılması və nağdsız ödənişlərin (56%) edilməsi üçün istifadə olunur.

Rəqəmli pul kisələrinin geniş yayılmasına əsas maneə fərdi məlumatların təhlükəsizlik məsələsidir. Avropada istehlakçıların 38%-i məlumatların təhlükəsizliyindən narahatçılıq keçirirlər və bu səbəbdən, ehtimal ki, yaxın gələcəkdə rəqəmli pul kisəsindən istifadə etməyəcəklər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL