waplog

Süni intellektlə təchiz edilmiş danışan telefon təqdim edilib


Yaponiyanın “Sharp” şirkəti süni intellektlə təchiz edilmiş danışan telefonunu satışa çıxarıb. Uzunluğu 19.5 santimetr, çəkisi təxminən 390 qram olan aparat səslə idarə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, yeni aparat sahibi ilə söhbət zamanı tədricən onun vərdişlərini öyrənərək özünü bu vərdişlərə müvafiq aparmağa başlayır. Məsələn, robot telefon hava proqnozu və ya televiziya proqramı haqda məlumat verə, iş yoldaşının zəng etməsi ilə bağlı xəbərdarlıq edə, müstəqil şəkildə bəzi daxil olan zəngləri qəbul etməyə bilər.

Məlumata görə, sözügedən aparat, həmçinin gəzmək və hətta rəqs etmək qabiliyyətinə malikdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL