waplog

Fotoaparat üçün elastik matrisa prototipi yaradılıb


ABŞ-ın Kolumbiya Universitetinin alimləri fotokameralar üçün elastik matrisanın konsepsiyasını və ptototipini təklif ediblər.    

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, detektorun əyriliyini dəyişmək imkanı cihazın baxış bucağını asanlıqla dəyişməyə, eləcə də ənənəvi bərk matrisaların köməyi ilə nail olunması qeyri-mümkün effekti əldə etməyə imkan verir. Mütəxəssislər konsepsiyanı mayın 13-15-də keçiriləcək beynəlxalq kompüter fotoqrafiyası konfransında təqdim etməyi planlaşdırırlar.  

Mühəndislərin təklif etdiyi matrisa prototipi iki hissədən - linza fokuslaşdırıcı massivindən və ekrandan ibarətdir. Matrisa əyilən zaman işığın toplandığı məkanın payı artır. Mütəxəssislərin sözlərinə görə, texnologiyanın hazırlanmasında əsas rolu məhz elastik linzalardan istifadə oynayıb. Sərt linzalar əyilmə zamanı matrisanın ayrı-ayrı seqmentinin baxış bucağını dəyişmir və nəticədə məkan hissəsi barədə informasiya matrisaya daxil olmur ki, bu da onun bərpasını qeyri-mümkün edir. Elastik linzaların əyilmə zamanı uzanması sayəsində baxış bucağı genişlənir.  

Prototip 33x33 ölçüdə kvadrat yaradan 1089 linzadan ibarətdir. Onların yaradılması üçün mütəxəssislər elastik kütləni formalaşdıran plastikin polimerləşdirildiyi tökmə formadan istifadə ediblər. Fotoşəkillərə əsaslanaraq əmələ gələn kvadratın ölçüsü təqribən 40-50 sm təşkil edib.

Sınaqlar zamanı linzalar massivi adi rəqəmli kameranın köməyi ilə çəkilən təsviri öz altında yerləşən donuq ekrana fokuslayıb.

Mühəndislərin sözlərinə görə, gələcəkdə texnologiya bank kartı ölçüsündə kameralar yaratmağa imkan verəcək. Fotoqraf kameranın baxış bucağını sensoru əyməklə dəyişə biləcək. Bundan başqa, belə kameranı müəyyən obyektin, məsələn, fənər dirəyinə və ya maşın ətrafına bükərək əvvəllər əldə olunmayan baxış bucağı ilə şəkillər çəkmək mümkün olacaq.  

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL