waplog

Çin alimləri robot qadın yaradıblar


Çinin Elm və Texnologiyalar Universitetinin əməkdaşları "JiaJia” adlı robot qadını geniş ictimaiyyətə təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, robot həmsöhbətlə dialoq qura bilir, sualları cavablandırır və zarafat edir. Mühəndislərin ərsəyə gətirilməsinə 3 il sərf etdikləri “Jia Jia” emosiyaları da ifadə edir.

Əvvəlki interaktiv robotlardan fərqli olaraq yeni robotda gözlər tam təbii şəkildə hərəkət edir. O, həmçinin danışan zaman dodaqlarını və əllərini tərpədə bilir.

Konseptual texnologiya olan robotun satışa çıxarılması gözlənilmir. Hazırda texnologiya üzərində bilavasitə robota şəhər şəraitində hərəkət etməyə imkan verən tamamlama işləri aparılır.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL