waplog

Yeni ucuz texnologiya pəncərələrin şəffaflığını tənzimləməyə imkan verəcək


Pəncərədən otağa düşən işıq axınını məhdudlaşdıran pəncərə pərdələri və jalüzlər çoxdan hamıya məlumdur. Texnologiyanın inkişafı sayəsində onlar elektrik ötürücüsü və idarəetmə pultu ilə təchiz edilsə də, amma iş prinsipi əsrlər boyu dəyişməz qalıb. Harvard Universitetində işləyən  alimlər pəncərə şüşəsinə şəffaflığı idarə olunan alternativ təklif ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, əsasını elektrokimyəvi reaksiyalar təşkil edən mövcud həllər kütləvi istifadə üçün çox bahadır. Alimlərin sözlərinə görə, onların həlli ucuz başa gəlir və pəncərənin şəffaflığı bir neçə saniyə ərzində dəyişilir.

Pəncərənin şəffaflığının dəyişilməsi üzərinə nanonaqil çəkilmiş elastik rezindən hazırlanmış plyonka tərəfindən işığın səpələnməsi ilə təmin olunur. Naqillərə gərginlik verildikdə onlar ilə şüşənin səthi arasında yaranan cazibə qüvvəsi rezinin formasını dəyişdirərək ondan işığı yayan mikrorelyef yaradır.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL