waplog

Beyində əməliyyatların aparılması üçün həll edilə bilən implantlar yaradılıb


Pensilvaniya Universitetinin alimləri beyində əməliyyatların aparılması üçün həll edilə bilən implant hazırlayıblar. Keramika əsasında hazırlanmış elektronika müəyyən vaxtdan sonra həll edilir, buna görə toxumalara heç bir ziyan vurmur.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki,  elektronika keramika və molibden maddələrinin bir neçə qatından hazırlanıb və orqanizmin həyati əhəmiyyətli göstəricilərini ölçməyə imkan verir və müəyyən vaxtdan sonra həll edilir.

İmplantlar siçovullar üzərində uğurla sınaqdan keçirilib. Alimlər onların köməyi ilə anesteziya altında olan heyvanların beyin dalğalarını, həmçinin neyronlar arasında elektrik rəqslərini qeydə ala biliblər.

Nevrologiya professoru, sözügedən texnologiyanın müəlliflərindən biri olan Brayan Litt iddia edir ki, həll edilə bilən elektronika orqanın vəziyyətinə nəzarət edən müasir müşahidə müasir sistemlərini beyinə implantasiya etməyə imkan verir.

İmplantların qiyməti ucuz, risk cüzi, minimum narahatlıq, bundan başqa elektronika öz-özünə həll olur.
İmplantlar epilepsiya, Parkinson xəstəliyi, depressiya, periferik sinir sistemi nasazlığı, xroniki ağrıların diaqnostikası və müalicəsində kömək edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL