waplog

Cərrahdan daha yaxşı əməliyyat edən robot yaradılıb


ABŞ-da cərrahi əməliyyat zamanı müəyyən funksiyaları cərrahdan daha yaxşı yerinə yetirən ilk robot yaradılıb.

“STAR” (“Smart Tissue Autonomous Robot”) adlı avtonom qurğu yara yerinə tikiş vurmaq üçün robot əl və avtomatlaşdırılmış alətdən ibarətdir. Robot, həmçinin əməliyyat üçün lazımi hərəkətləri dəqiqliklə göstərən “3D” infraqırmızı təsvir sistemi və sensorlar sistemi ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Vaşinqtonda yerləşən Milli Uşaq Səhiyyə Sisteminin mütəxəssisləri “STAR” aparatını donuzlar üzərində sınaqdan keçiriblər. Bu, donuzlarda daxili orqanların insanla oxşar olması səbəbi ilə izah edilib.

Layihədə iştirak edən tibb mütəxəssisi Piter Kim heyrətlə bildirib ki, cərrahlarla müqayisədə “STAR” aparatı əməliyyatı daha yaxşı yerinə yetirib. Onun sözlərinə görə, robot səhvə yol verdikdə cərrah istənilən an əməliyyata müdaxilə edə bilər. Belə ki, bir düyməyə sıxmaqla robotun fəaliyyətini dayandırmaq mümkündür.
Mütəxəssislərin fikrincə, robot kor bağırsaq və öd kisəsi əməliyyatlarında yardımçı olacaq.

Tədqiqatın nəticəsinə əsasən, yaxın 2-3 ildə kliniki sınaqlara başlamaq mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL