waplog

Yeni əlil arabası elementləri insan bədəninin “3D” modelinə uyğun çap edilib


Londonun “Layer” dizayner agentliyinin yeni konsepti üçölçülü (3D) çap vasitəsilə fərdi əlil arabalarının formalarını yaratmağa imkan verəcək. Arabanın düzəldilməsi üçün unikal oturacaq və ayaq altlıqlarının çapına imkan verəcək bədənin “3D” skan texnologiyasından istifadə olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, agentlik nümayəndələrinin sözlərinə görə, onların texnologiyası bazarda təqdim olunan digər əlil arabaları ilə müqayisədə daha rahatdır. Onlar qeyd edirlər ki, “3D” modelləşdirmə texnologiyası adi xətkeşlə ölçmədən fərqli olaraq müəyyən insan üçün maksimum rahat olacaq unikal məmulat yaratmağa şərait yaradır.

Bildirilir ki, iki plastmas hissədən çap edilən oturacaq hər bir istifadəçi üçün unikal ağırlıq mərkəzi qurur. Titandan çap edilən ayaq altlıqları pəncənin formasına və ayağın uzunluğuna uyğun düzəldilib. Dizaynerlər vurğulayırlar ki, bu komponentlərin unikallığı bütün arabanın rahatlığını müəyyənləşdirəcək.
Fərdi arabanın yaradılması üçün iki həftə tələb olunur ki, bu da fərdi sifarişə görə digər arabaların hazırlanmasına lazım olan vaxtdan xeyli sürətlidir. Bundan başqa, yeni əlil arabası təkrarolunmaz dizayn və xüsusi təkər karkası formasına malikdir ki, bu da onu problemsiz itələməyə kömək edəcək.  

Araba prototipinin mayın sonunda Londonda dizayn həftəliyində nümayiş olunması planlaşdırılır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL