waplog

Yerli İT şirkətinin nümayəndələri “Elektron məktəb-2011” birinci beynəlxalq konfransın işində iştirak ediblər


ULTRA şirkətinin nümayəndələri Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş “Elektron məktəb-2011” birinci beynəlxalq konfransda iştirak edib.

Konfrans Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyi və “İntel” korporasiyası tərəfindən təşkil olunub. ULTRA şirkətini Elektron Təhsil şöbəsinin aparıcı mütəxəssisi Şəhla Məmmədova təmsil edib.

Konfrans təhsil informasiyalaşdırılmasının mövcud inkişafı və onun gələcək perspektivi barədə məlumat, eləcə də, “1 şagird: 1 kompyuter” konsepsiyasının reallaşdırılması sahələrində əldə olunmuş beynəlxalq təcrübənin mübadiləsi məqsədilə keçirilmişdir.

Konfransda Rəqəmsal təhsil resurslarından istifadə modelləri, İKT sahəsi üzrə müəllimlərin hazırlanmasının təşkili və təhsil informasiyalaşdırılması infrastrukturunun inkişafı müzakirə olunub.

Tatarıstan Respublikasının Prezidenti Minnixanov Rustam Nurqaliyevic, Rusiya Federasiyasının Təhsil və elm nazirinin müavini Ponomaryov Aleksey Konstantinovic, “İntel” korporasiyasının vitse-prezidenti və “İntel World Ahead” proqramının rəhbəri Con Deyvis konfransın işində iştirak edib.

Konfransda Rusiya Federasiyasının regionları, MDB ölkələri və uzaq xaricdən gələn 45-ə yaxın nümayəndə heyəti iştirak edib.

Konfransın rəsmi hissəsində iştirakçılar Kazan şəhərində yerləşən “Elektron məktəb-2012” interaktiv sərgi və yüksək texnologiyalar sahəsində yaradılmış texnoparkla tanış olub. Konfransın rəsmi hissəsi başa çatandan sonra iştirakçılar üçün Kazan üzrə xülasə konfransı təşkil olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL