waplog

Mərkəzi Aran üzrə rəqəmli TV yayımına başlanıldı


Artıq Aran bölgəsində rəqəmli TV yayıma başlayıb. Artıq bir neçə günlük test yayımı uğurlu nəticələnib.

Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, bu məqsədlə Ağsu Radio Televiziya Yayım Stansiyasında (RTYS) yüksək tələblərə cavab verən qəqəmli TV yayım avadanlığı qurulub.

Aran bölgəsində yayımın təmin edilməsi ilə Azərbaycanda rəqəmli yayım ölkə əhalisinin 55 faizinin yaşadığı ərazini əhatə etmiş olur.

Texniki direktor gələn il bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL