waplog

Nazik infraqırmızı detektorlar gecəni gündüzə çevirir


Avstraliyada yarımkeçiricinin işığı udması əmsalını 13 dəfə artırmağa imkan verən infraqırmızı texnologiya hazırlanıb. Kəşf sensor avadanlığın tətbiq edildiyi müdafiə və digər sahələrdə milyonlarla dollara qənaət edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, infraqırmızı qurğulardan şüalanma ilə görünməyən obyektlərin müşahidə zərurəti ilə əlaqədar məsələlərin həlli, xüsusilə gecəgörmə cihazlarının istehsalı üçün istifadə olunur. Bu halda yüksəkkeyfiyyətli detektorların qiyməti 100 min dollara çatır, onların bəzilərinin istismarı müəyyən temperatur rejimində (200 °С-dək) saxlanılmanı tələb edir.

Bildirilir ki, buna baxmayaraq detektorların işığı udma əmsalı təxminən 7,7 faiz təşkil edir. Sidney Universitetinin mütəxəssisləri bir neçə yüz nüvə qatı nazikliyində yarımkeçirici ərsəyə gətirməklə bu göstəricini 99 faizə çatdırmağa nail olublar. Bu nəticəni yarımkeçiricidə ötürmə kanallarını kimyəvi üsulla təmizləməklə əldə etmək mümkün olub.

Universitet professoru Born Sturmberqin sözlərinə görə, nazik detektorların faydalı ola biləcəyi sahələr kifayət qədərdir. Bura hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı üçün robotlaşdırılmış texnikanın yaradılması, tibbi alətlərin istehsalı, məişət elektronikası daxildir.

Həmçinin yeni detektorların istehsal prosesi az zəhmət tələb edir ki, bu da onun rəqabət qabiliyyətini artırır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL