waplog

“Samsunq”dan yaşlı insanlara töhfə


“Samsunq” şirkəti növbəti uğura imza atıb. Şirkətdən verilən məlumata görə, onlar bu dəfə hər zaman diqqət tələb edən yaşlı insanları sevindiriblər. Belə ki, sadə menyu və böyük şriftli ekranla təchiz edilmiş “Samsunq C3060R“ mobil telefon markası yaşlıların mobil xidmətdən yararlanmasına hesablanıb.
Menyunun əsas ekranı cəmi beş punktdan ibarətdir ki, bu da istifadəçiyə sərbəst şəkildə əsas qurğuların öhdəsindən gəlməyə imkan verir. Menyunun “Sorğu” bölməsi isə funksiyaların mənimsənilməsinə kömək edir.
“C3060R” telefonunda “Samsunq” — SOS-zəng firma funksiyasının olması çox yerinə düşür ki, bunun da sayəsində istifadəçi beşə qədər təcili nömrəni yığa bilər. SOS düyməsinə (bu düymə aparatın dirəyində qırmızı rənglidir) qısaca basdıqda bütün təcili nömrələr lazım olanının seçilməsi üçün ekrana gəlir. Bu düyməyə uzun müddət basdıqda isə siyahıdakı birinci ilə avtomatik bağlantı başlanır. Bu funksiya fövqəladə hallarda çox faydalı ola bilər. Bundan əlavə, telefon həm də 1,3 Mp fotokamera, FM-radio, WAP-brauzer, JAVA proqramlarının dəstəklənməsi kimi adi funksiyalara da malikdir.
Balanslaşdırılmış və çox aktual olan “Samsunq C3060R” aparatı istehsalçılar tərəfindən indiyədək zəbt olunmayan, yeni bazar sektoru açır. “Samsunq” şirkəti bu modelin uğurlu, ona tələbatın isə çox olacağına əmindir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL