waplog

“Azərkosmos” ASC-də 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib


"Azərkosmos" ASC-də B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə "Qan ver, həyat bəxş et!" şüarı altında qanvermə aksiyası keçirilib.

Şirkətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirilən aksiya 15 İyun - Milli Qurtuluş Gününə həsr olunub. Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək etmək olub. Könüllülük prinsipi əsasında keçirilən aksiyada "Azərkosmos"un əməkdaşları ilə bərabər "Azərpoçt" MMC-nin əməkdaşları də iştirak edib.

Dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL