waplog

2017-ci ildə adiləşəcək texnologiyaların adı açıqlanıb


“Gartner” analitik şirkəti 2017-ci ildə adi hala çevriləcək yeni texnologiyalar siyahısını dərc edib. Qeyd olunan innovasiyalar arasında bu yaxınlarda yaranan və hazırda geniş yayılmayan texnologiyalar yer alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, ekspertlər gələn il adi hal olacaq on texnologiyanın siyahısını təqdim ediblər. Siyahıda birinci yeri qurğuların simsiz enerji ilə doldurulma texnologiyası tutur. Hazırda bu funksiyadan yalnız bahalı smartfon modellərində istifadə etmək mümkündür və kontaktsız doldurulan qurğular uzunmüddətli avtonom işi ilə seçilmir. Lakin texnologiya təkmilləşir və yaxın gələcəkdə sürətli və etibarlı simsiz enerji doldurma sisteminin təqdim ediləcəyi gözlənilir.

İkinci yerdə VR texnologiyalar və virtual reallıq vasitələri qərarlaşıb. İstifadəçini virtual reallığa aparan kaska və eynəklərin çoxdan yaranmasına baxmayaraq hazırda onlar ekzotika kimi qəbul edilir. Bununla yanaşı, artıq bir ildən sonra bu qurğular geniş yayılacaq və tədricən adiləşəcək.

Üçüncü yerdə “Android” əməliyyat sistemi bazasında işləyən virtual köməkçilər qərarlaşıb.

Dördüncü yeri ətraf mühitin “3D” formatında əks olunmasına kömək edən çoxsaylı kamera modulları tutub.

İnnovasiyalar beşliyini elastik displeylər tamamlayır. İlk əyilən qurğuların 2017-ci ilin əvvəlində bazara çıxarılacağı proqnozlaşdırılır.  

Sonrakı yerlərdə yeni “Wi-Fi” şəbəkəsi standartı, eləcə də əməliyyat sisteminin quraşdırıldığı adi məişət cihazları yer alıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL