waplog

“Samsung” şirkəti “Galaxy Tab A” planşetini təqdim edib


“Samsung Electronics” korporasiyası “Galaxy Tab A” planşet kompüterlərinin istehsal xəttinə yeni model əlavə edib. İstehsalçının sözlərinə görə, yeni model oyun və video üçün optimallaşdırılıb.
“Samsung Galaxy Tab A” (2016) planşeti 1920x1080 piksel təsvir ölçülü 10.1 düymlük ekran, 1.6 QHs takt tezlikli “Exynos 7870” prosessoru, 2 QB əməli yaddaş və iki kamera (2 meqapiksellik ön və 8 meqapiksellik əsas) ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, qurğu 16 QB-lıq fləş daşıyıcıya malikdir, həmçinin 200 QB-lıq “microSD” çıxarılıb taxılan yaddaş kartlarını cihaza qoşmağa imkan verir. Planşet 7300 milliamper/saat tutumunda akkumulyator batareyasına malikdir. Qurğuya “TouchWiz UI” interfeysinə malik “Android 6.0 Marshmallow” mobil əməliyyat sistemi ilə işləyir.

Cənubi Koreyada “LTE” texnologiyasını dəstəkləməyən “Samsung Galaxy Tab A 10.1” (2016) modeli 310 dollara satışa çıxarılıb. Dördüncü nəsil mobil rabitə texnologiyasını dəstəkləyən modelin dəyəri 345 dollar təşkil edir. Planşet qara və ağ rənglərdə əlçatandır.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL