waplog

Kompüteri smartfondan idarə edən mobil proqram təqdim edilib


“LG” şirkəti smartfon vasitəsilə "Mac” və ya “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüteri idarə etməyə imkan verən yeni “VPInput” servisini təqdim edib. Hazırda əlavənin dəstəklədiyi qurğular arasında “LG G4”, “LG G5”, eləcə də "LG V10” smartfon modelləri yer alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, mobil qurğu fərdi kompüterlə "Bluetooth” ilə birləşir və idarə olunur. “VPInput” həmçinin qoşulmuş telefonu klaviatura və “maus” vasitəsilə idarə etməyə imkan verir. Xüsusi interfeys birbaşa kompüterdən məlumat yazmağa və göndərməyə şərait yaradır. Bundan başqa, qurğular arasında faylların surəti çıxarılan zaman smartfonda istifadəyə imkan verən ümumi mübadilə buferi (clipboard - aralıq məlumat saxlancı) nəzərdə tutulub.

Bildirilir ki, “VPInput” ilə həmçinin mobil qurğuda istifadə edilən əlavələr arasında keçid etmək mümkündür. Bunun üçün xüsusi klaviatura kombinasiyasından istifadə tələb olunur. Məsələn, “Ctrl+F1” klavişini yığmaqla kompüter monitorunda “WhatsApp” messencerini açmaq və işdən yayınmayaraq yazışmaya tez cavab vermək mümkündür.

Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL