waplog

Pul tələb edən mobil virusların aktivliyi kəskin artıb


"Kasperski laboratoriyası" mobil qurğuların pul tələb edən viruslara yoluxması hallarının kəskin artımı haqda məlumat verib.

1 ildə “Kasperski Laboratoriyası”nın məhsulları tərəfindən aşkar edilmiş belə virusların sayı 4 dəfə (35.4-dən 136.5 minədək) artıb.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, bir qayda olaraq belə zərərli proqram qurğunun tərkibini şifrləyir və məlumatları deşifr edən kod üçün pul tələb edir. Başqa bir variant əməliyyat sisteminə və ya onun əsas funksiyalarına girişin tam bloka salınmasıdır.

Almaniya, Kanada, Böyük Britaniya və ABŞ-da “Android” mobil sistemli qurğularına “Kasperski Laboratoriyası”nın məhsullarını quraşdırmış istifadəçilər əksər hallarda belə virusların qurbanına çevrilirlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL